Bütün xəbərlər
Husilər ABŞ Hərbi Dəniz Qüvvələrinin esmineslərinə doğru çoxlu pilotsuz təyyarələr buraxıblar
Tarix: 09-03-2024 15:00 | Bölmə: Dünya

Yəmən husiləri Qırmızı dənizdə və Ədən körfəzində Amerika esmineslərinə və yük gəmisinə genişmiqyaslı hücum həyata keçirib, gəmilərə ən azı 37 pilotsuz uçuş aparatı vurulub.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, üsyançıların hadisə adlandırdıqları hərbi əməliyyat martın 9-da səhər tezdən iki mərhələdə həyata keçirilib. İlk olaraq bir neçə pilotsuz təyyarə həmin an Ədən körfəzindən keçən Amerika şirkətinə məxsus “Propel Fortune” yük gəmisinə istiqamətlənib. İkinci mərhələdə 37 PUA Qırmızı dənizdə ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus esminesləri hədəfə alıb.
Husilər hər iki hücumu uğurlu adlandırsalar da, sözçüsü hədəflərinə neçə pilotsuz təyyarənin çatdığını açıqlamayıb. ABŞ Mərkəzi Komandanlığı 15 pilotsuz təyyarənin vurulduğunu qeyd edərək, reydi təsdiqləyib. Gəmilərə dəyən ziyan və tələfat barədə məlumat verilməyib.
Bu həftə “Ənsar Allah”ın nümayəndələri Ədəndən təxminən 93 kilometr aralıda Liberiyaya məxsus True Confidence (Barbados bayrağı altında dalğalanan) gəmisinə hücum ediblər, nəticədə üç dənizçi həlak olub və gəmidə yanğın baş verib. Husilər İsrail Qəzza zolağında hərbi əməliyyatı bitirənə və qoşunlarını çıxarana qədər atəşə davam edəcəkləri ilə hədələyirlər.


Baxış sayı: 54


Bölməyə aid digər xəbərlər