Bütün xəbərlər
ABŞ Yəməndəki husi hədəflərinə yeni zərbələr endirib
Tarix: 08-03-2024 13:55 | Bölmə: Dünya

Birləşmiş Ştatlar Yəməndə Husilərin dörd raket buraxılış qurğusunu məhv edib və Husilərin nəzarətində olan ərazilərdən Ədən körfəzinə doğru atılan üç İHA-nı vurub.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, ABŞ prezidenti Co Bayden bildirib ki, Birləşmiş Ştatlar Qırmızı dənizdə gəmiçilik təhlükəsizliyini təmin etmək üçün husilərə qarşı yeni tədbirlər görəcək.
Husilər Yəmənin bəzi hissələrinə, o cümlədən paytaxt Səna və Səudiyyə Ərəbistanı ilə sərhəddə Yəmənin şimal və qərb hissələrinə nəzarət edirlər. Husilər Qırmızı dənizdə İsrailin maraqları üçün yük daşıyan gəmiləri atəşə tutur. Buna cavab olaraq ABŞ və Britaniya Yəməndə husilərin hədəflərini vurur.
“The Financial Times” yazır ki, Amerika Birləşmiş Ştatları ABŞ və Britaniyanın zərbələrinin husilərə nə qədər ziyan vurduğunu bilmir, çünki Amerika kəşfiyyatında Husilərin qüvvələri haqqında məlumat yoxdur.


Baxış sayı: 58


Bölməyə aid digər xəbərlər