22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Rutte NATO-nun baş katibi postuna kompromis namizəd kimi çıxış edib
Tarix: 07-03-2024 19:35 | Bölmə: Dünya

"The Financial Times"-in jurnalisti Saymon Kuper hesab edir ki, təyinat... Hollandiyanın baş naziri Mark Rutte NATO-nun baş katibi vəzifəsi üçün Almaniya ilə Baltikyanı ölkələr arasında kompromis olacaq.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Kuperin sözlərinə görə, Qərb Şərqi Avropanın nümayəndəsini NATO-nun baş katibi vəzifəsinə təyin etmək istəmir, çünki o, Rusiya Federasiyasına qarşı həddən artıq davakar ola bilər.
Köşə yazarının sözlərinə görə, Rutte müxtəlif siyasətçilərlə dil tapmağı bilir. Məhz bu bacarıq onun uzun müddət hakimiyyətdə qalmasına kömək etdi.Bu təcrübə, jurnalistin fikrincə, siyasətçinin NATO-nun baş katibi vəzifəsinə təyin ediləcəyi təqdirdə ona kömək edəcək.
Bundan əvvəl Harvard Universitetinin professoru Stiven Uolt bildirib ki, Ukrayna NATO-ya daxil olarsa, bu, Qərb hərbçiləri tərəfindən müdafiəyə zəmanət verməyəcək.



Baxış sayı: 114


Bölməyə aid digər xəbərlər