Bütün xəbərlər
Yəmən husiləri yük gəmisini partladıblar
Tarix: 07-03-2024 09:40 | Bölmə: Dünya

Yəmən husiləri Ədən körfəzində yük gəmisinə hücum edib, ABŞ Mərkəzi Komandanlığı bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Departamentin məlumatına görə, raket gəmiyə dəyib, yanğına səbəb olub. Nəticədə 3 ekipaj üzvü həlak olub, daha 4 nəfər yaralanıb.
Husilərin hücumları nəticəsində gəmilərdə insanların ölməsi ilk dəfədir. Ərəb mediası xəbər verir ki, itkilər barədə xəbərlər fonunda ABŞ və Britaniya Yəmənin qərbindəki hava limanına iki hava zərbəsi endirib.
Ağ Ev də vəziyyəti şərh edib: onlar hücuma məruz qalan yük gəmisinin ABŞ-a deyil, Liberiyaya məxsus olduğunu bildiriblər.


Baxış sayı: 59


Bölməyə aid digər xəbərlər