22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Varşavada etirazçılar bir fermerin ölümünün simvolu olan tabutu yandırıblar
Tarix: 06-03-2024 17:49 | Bölmə: Dünya

Varşavada Ukrayna kənd təsərrüfatı məhsullarının idxalına qadağa qoyulmasını tələb edən fermerlərlə polis arasında toqquşma baş verib. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, proses zamanı onlar tabut şəklində yanan əşyanı polisə atmağa çalışıblar.
"Polsat" kanalının məlumatına görə, kansleriyanın binası qarşısında keçirilən mitinq zamanı ciddi insident baş verib: etirazçılar fermerin ölümünü simvolizə etmək üçün nəzərdə tutulan “tabutu” yandırıblar. Aksiya iştirakçılarından biri polis əməkdaşlarının olduğu baryerin üzərinə yanan əşya atmağa çalışıb.
RİA Novosti-nin Varşavadakı müxbirinin verdiyi məlumata görə, mitinq iştirakçıları davamlı olaraq baş nazirin ofisinin binasına atəş və fişənglər atırlar. Buna baxmayaraq, hüquq-mühafizə orqanları hələ də sərt tədbirlər görməyib və heç kəsi saxlamayıb. Etirazçıların bir hissəsi Polşa Seyminin binasına doğru irəliləməyə başlayıb.
Fermerlərin etirazları fevralın 9-da başlayıb və bütün ölkəyə yayılıb. Etirazçılar Ukrayna ilə sərhəddə keçid məntəqələrinə gedən yolları bağlayıb, bir neçə dəfə vaqon və yük maşınlarından taxıl töküblər. Etirazçıların tələbləri arasında Ukraynadan Polşaya kənd təsərrüfatı məhsullarının idxalının dayandırılması və Avropa Birliyinin 2050-ci ilə qədər tullantıları sıfıra endirmək üzrə yaşıl planlarından imtina etmək daxildir.



Baxış sayı: 120


Bölməyə aid digər xəbərlər