22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Makron: "Fransa hələlik Ukraynaya qoşun göndərmək fikrində deyil"
Tarix: 04-03-2024 22:27 | Bölmə: Dünya

Prezident Emmanuel Makron bildirib ki, Paris yaxın vaxtlarda Ukraynaya fransız qoşunları göndərməyi düşünmür.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, keçən həftə Parisdə baş tutan 26 Aİ və NATO ölkəsinin nümayəndələrinin Ukrayna ilə bağlı iclasında verdiyi bəyanatlara beynəlxalq reaksiyaya münasibət bildirən Makron, “Mən dedim ki, heç nə istisna olunmur” deyib.
"Bu, o deməkdir ki, biz müzakirə açırıq və Ukraynaya dəstək üçün edilə biləcək hər şeyi düşünürük, xüsusən də Ukrayna ərazisində", - Fransa lideri Çexiyanın "Pravo" qəzetinə müsahibəsində izah edib.
Bundan əlavə, Makron bildirib ki, Aİ və NATO Rusiya xalqına qarşı döyüşmək niyyətində deyil və “eskalasiya məntiqini” rədd edir.
Onun sözlərinə görə, Paris görüşündə iştirakçılar Ukraynaya dəstəklə bağlı beş əməkdaşlıq sahəsi üzrə razılığa gəliblər. Bu, Kiyev üçün hərbi texnikanın birgə istehsalı, kiberməkanda müdafiəni təmin etmək, Ukrayna münaqişəsi (bu, ilk növbədə Moldova) səbəbindən zəif vəziyyətdə olan ölkələrin təhlükəsizliyini təşviq etmək, Belarusla sərhədlərində Ukraynanı minatəmizləmə əməliyyatlarında dəstəkləmək və əməkdaşlıqdır. .Parisdə Ukraynaya Qərb əsgərlərinin göndərilməsinin mümkünlüyü ilə bağlı bəyanatlardan sonra Fransa prezidenti sərt tənqidlərə məruz qalıb. Almaniyanın müdafiə naziri Boris Pistorius və Almaniya kansleri Olaf Şolts bu bəyanatlara cavab veriblər: onlar Berlinin Ukraynaya öz əsgərlərini göndərməyəcəyini və bütövlükdə NATO ölkələrinin bunu etməyəcəyini bildiriblər.
Çexiyanın baş naziri Petr Fialanın sözlərinə görə, Parisdə keçirilən toplantıda iştirak edənlər razılaşıblar ki, Ukraynaya əsgər göndərməkdən söhbət gedə bilməz, Avropada bu mövzu tamamilə bağlıdır.



Baxış sayı: 112


Bölməyə aid digər xəbərlər