22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Türkiyənin xarici işlər naziri Fidan: "Rusiya Federasiyası ilə Ukrayna arasında danışıqların vaxtı çatıb"
Tarix: 03-03-2024 20:30 | Bölmə: Dünya

Rusiya və Ukrayna arasında sülh danışıqlarının vaxtı çatıb, çünki tərəflər artıq hərbi yolla əldə edilə biləcək imkanların həddinə çatıblar.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.
O, Antalya Diplomatik Forumunun bağlanışında deyib: “Biz hesab edirik ki, indi atəşkəs istiqamətində dialoq aparmağın vaxtı çatıb”.
Nazir eyni zamanda vurğulayır ki, ilkin mərhələdə dinc dialoq apararkən ərazi məsələsini gündəmə gətirmək yox, daha çox atəşkəsə diqqət yetirmək lazımdır.
Bundan əvvəl Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya “Rossiya 24” telekanalına müsahibəsində bildirmişdi ki, hazırda Moskva ilə Kiyev arasında nə birbaşa, nə də vasitəçilər vasitəsilə heç bir danışıqlar aparılmır. Eyni zamanda, Rusiya dəfələrlə Ukrayna ilə dialoqdan əl çəkmədiyini bəyan edib.



Baxış sayı: 101


Bölməyə aid digər xəbərlər