Bütün xəbərlər
Sudan İranın Qırmızı dəniz sahilində hərbi-dəniz bazası yaratmaq istəyini rədd edib
Tarix: 03-03-2024 12:56 | Bölmə: Dünya

“The Wall Street Journal” (WSJ) yazır ki, Sudan İranın Sudanın Qırmızı dəniz sahilində hərbi-dəniz bazası yaratmaq istəyini rədd edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, İran bazanı Yaxın Şərq və Afrika arasında strateji kəsişmə nöqtəsində yerləşdirmək və Qırmızı dəniz üzərində nəzarəti gücləndirmək niyyətində idi.
Bunun müqabilində İran Sudana pilotsuz təyyarələr, hərbi gəmi və helikopterlər təhvil verəcəyini vəd edib. Lakin Sudanın ABŞ və İsraillə münasibətləri gərginləşdirməkdən qorxduğu üçün tərəflər razılığa gələ bilməyib.


Baxış sayı: 63


Bölməyə aid digər xəbərlər