Bütün xəbərlər
HƏMAS: İsrailin Qəzzaya zərbələri 70 girovu öldürüb
Tarix: 01-03-2024 21:27 | Bölmə: Dünya

İsrailin hücumlarının qurbanları Qəzza zolağında olan 70 israilli girov olub. Bunu HƏMAS-ın sözçüsü Əbu Ubeydə deyib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, martın 1-də Fələstin anklavının Səhiyyə Nazirliyi bildirib ki, 30 mindən çox dinc sakin İsrailin zərbələrinin qurbanı olub, 71 min nəfər isə yaralanıb. Departamentin məlumatına görə, təkcə son 24 saat ərzində 193 fələstinli həlak olub, 920 nəfər yaralanıb.
Bu arada İDF Xan Yunis şəhərinə reydlər keçirərək, HƏMAS-ın bir neçə hədəfini hədəfə aldığını bildirir. Bundan əlavə, İsrail döyüş helikopterləri raket qurğusunun gizləndiyi çuxura hücum edib.
Fevralın 29-da İsrailin baş naziri Benyamin Netanyahu təsdiqləyib ki, Qəzzada hərbi əməliyyat HƏMAS tamamilə məhv edilənə qədər davam edəcək.


Baxış sayı: 60


Bölməyə aid digər xəbərlər