22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Çadda bir qrup əsgər prezident sarayını ələ keçirmək istəyir
Tarix: 28-02-2024 21:58 | Bölmə: Dünya

Çadın paytaxtı Ndjamenada hökumət qoşunları ilə müxalif Sərhədsiz Sosialist Partiyasının lideri Yaya Dilloya sadiq qüvvələr arasında şiddətli toqquşmalar başlayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, TASS yerli KİV-ə istinadən məlumatına görə, bir qrup hərbçi onu ələ keçirmək üçün prezident sarayına tərəf gedib.
Çadda vəziyyət ölkəni 30 il idarə etmiş prezident İdris Debinin vəfat etdiyi 2021-ci ildən bəri vaxtaşırı pisləşib. Onun ölümündən sonra Çada mərhum prezidentin oğlu, 37 yaşlı general Mahamat İdriss Deby rəhbərlik edirdi.
Çadda iki il müddətinə keçid rejimi quruldu, lakin 2023-cü ilin sonunda eyni müddətə uzadıldı. Yerli sakinlər narazılıqlarını bildiriblər və polislə toqquşmalar başlayıb. Ötən ilin oktyabrında baş verən iğtişaşlar nəticəsində azı 60 nəfər ölüb, 300-dən çox insan yaralanıb. Hakimiyyət müxalifəti qiyam təşkil etməyə cəhddə ittiham edib.
Yanvarda Rusiya prezidenti Vladimir Putin Çadın keçid prezidenti ilə görüşüb. O, Moskvanın Afrika qitəsində və Çaddakı vəziyyəti diqqətlə izlədiyinə əmin edib və bu ölkədə vəziyyətin sabitləşməsinə kömək etməyə hazır olduğunu bildirib.



Baxış sayı: 127


Bölməyə aid digər xəbərlər