22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Makron: "Qərb qoşunlarının Ukraynaya göndərilməsini istisna etmək olmaz"
Tarix: 27-02-2024 10:15 | Bölmə: Dünya

Parisdə keçirilən konfransda Qərb ölkələrinin quru qoşunlarının Ukraynaya göndərilməsinin mümkünlüyü müzakirə edilib, lakin orada olanlar konsensusa gələ bilməyib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Fransa prezidenti Emmanuel Makron görüşün yekunlarına dair mətbuat konfransında deyib: "Bu axşam hər şey azad və birbaşa şəkildə müzakirə olundu. Bu gün quru qüvvələrinin rəsmi göndərilməsi ilə bağlı konsensus yoxdur, lakin zaman keçdikcə heç nəyi istisna etmək olmaz".Yayım Yelisey sarayının X sosial şəbəkəsindəki rəsmi hesabında aparılıb.
Onun sözlərinə görə, Qərb ölkələri “Rusiyanın bu münaqişədə üstünlüyü əldə etməməsi üçün lazım olan hər şeyi etmək niyyətindədir”.
"Məqsədimizə çatmaq üçün faydalı olarsa, hər şey mümkündür", - Makron vurğulayıb.
O bildirib ki, Avropa İttifaqı Ukraynanı orta və uzaq mənzilli raketlərlə təmin etmək üçün koalisiya yaratmağa razılaşıb.
“Bu gecədən etibarən biz bu koalisiyanı imkanlara malik olan bütün ölkələri cəlb etmək və yeni silahlar verməyə başlamaq üçün təşkil edəcəyik” deyib.
Fransa lideri onu da bildirib ki, Qərb Rusiya xalqı ilə müharibə etmək niyyətində deyil və Ukrayna münaqişəsinin gərginləşməsindən qaçmağa çalışır.
Bazar ertəsi Parisdəki Yelisey sarayında toplantı keçirilib. Konfransda Almaniya kansleri Olaf Şolts, Polşa prezidenti Anjey Duda, eləcə də 20-yə yaxın Aİ ölkəsinin baş nazirləri iştirak ediblər. İclasda ABŞ-ı ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayen, Böyük Britaniyanı isə xarici işlər naziri Devid Kemeron təmsil edib.



Baxış sayı: 128


Bölməyə aid digər xəbərlər