22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Slovakiya parlamentinin vitse-spikeri Rusiya Federasiyası və Belarusla münasibətləri yaxşılaşdırmaq istəyir
Tarix: 09-02-2024 23:29 | Bölmə: Dünya

Slovakiya Milli Şurasının vitse-spikeri Lubos Blaqa bildirib ki, onun ölkəsi Rusiya və Belarusla münasibətlərin normallaşmasına nail olmaq istəyir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, siyasətçi Telegram kanalında yazıb: "Biz Rusiya və Belarusla münasibətləri normallaşdırmaq üçün hər şeyi edəcəyik".
Blaqa Belarusun Avstriyadakı səfiri Andrey Dapkiunas ilə görüşdə çəkilmiş fotonu da dərc edib. Vitse-spiker bu görüşü səmimi, Belarusu isə dost adlandırıb. İclasda Slovakiya parlamentinin digər vitse-spikeri Andrey Danko da iştirak edib.
Blaqa bu ölkəyə qarşı tətbiq edilən sanksiyaları da absurd adlandırıb və Bratislava ilə Minsk arasında əməkdaşlığın inkişafı üçün hər şeyi edəcəyinə söz verib.
O, belarus xalqını cəsur slavyan xalqı adlandırıb və Slovakiyanın İkinci Dünya Müharibəsində göstərdiyi fədakarlıqları heç vaxt unutmayacağını vurğulayıb.
Bundan əvvəl Slovakiyanın müdafiə naziri Robert Kaliniak həm ABŞ, həm də Avropa İttifaqı liderlərinin iştirakı ilə Ukrayna ilə bağlı sülh danışıqlarına başlamağa çağırıb.



Baxış sayı: 112


Bölməyə aid digər xəbərlər