22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Prokuror Baydenə qarşı ittiham irəli sürməyin mənasını görmədi
Tarix: 09-02-2024 11:40 | Bölmə: Dünya

Xüsusi prokuror Robert Hur, Co Bayden tərəfindən məxfi sənədlərin düzgün saxlanmaması ilə bağlı araşdırmadan sonra, onun qəsdən hərəkət etdiyi qənaətinə gəldi, lakin ona qarşı ittiham irəli sürməyin mənası yoxdur.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, cümə axşamı yayımlanan 388 səhifəlik təfərrüatlı istintaq hesabatında deyilir: "Biz bu məsələdə cinayət ittihamının əsassız olduğu qənaətinə gəldik".
Xur izah etdi ki, müstəntiqlər ittiham irəli sürməkdə heç bir məna görmürlər, çünki siyasətçinin hərəkətlərinin qəsdən olduğunu sübut etmək mümkün olmayacaq. O, hesab edir ki, mühakimə zamanı Bayden özünü "rəğbətli, yaxşı niyyətli, yaddaşı zəif olan yaşlı kişi" kimi təqdim edəcək. Bundan əlavə, xüsusi prokuror qeyd edib ki, ABŞ prezidenti istintaqla əməkdaşlıq edib və sənədləri dərhal geri qaytarıb.
Hesabatda Baydenin müstəntiqlərlə qarşılıqlı əlaqəsi zamanı acınacaqlı vəziyyəti də təsvir edilib.Hurun sözlərinə görə, Ağ Ev rəhbəri hansı illərdə vitse-prezident vəzifəsində çalışdığını, oğlu Bounun nə vaxt vəfat etdiyini xatırlamayıb.
Baydenin Ağ Evin saytında Hurun hesabatı ilə bağlı verdiyi açıqlamada prezident qeyd edir ki, xüsusi müşavirlə söhbətlər 8 və 9 oktyabrda ekstremist Həmas hərəkatının İsrailə hücumundan dərhal sonra baş tutub. Bayden beynəlxalq böhranın həlli ilə məşğul olduğunu vurğulayır.



Baxış sayı: 124


Bölməyə aid digər xəbərlər