Bütün xəbərlər
ABŞ Senatında Ukrayna və İsrailə yardım layihəsi prosessual səsvermədən keçib
Tarix: 08-02-2024 22:39 | Bölmə: Dünya

Ukrayna və İsrailə yardım haqqında qanun layihəsi ABŞ Senatında prosedur səsverməsindən keçib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, TASS agentliyinin yazdığına görə, indi sənədə Konqresin yuxarı palatasında baxılacaq.

Xatırladaq ki, bu sənəd Ukraynaya 60 milyard dollar məbləğində hərbi yardımı nəzərdə tutur. Bundan əlavə, İsrailə 14 milyard göndəriləcək.
Oxşar qanun, lakin ABŞ sərhədinin təhlükəsizliyini təmin etmək üçün vəsaitin ayrılması haqqında bəndi olan, hətta prosedur səsverməsindən də keçmədi.
Bundan əvvəl NATO-nun baş katibi Yens Stoltenberq və Polşanın baş naziri Donald Tusk Ukraynaya əlavə maliyyə ayrılmasını təsdiqləməyə çağırıblar.



Baxış sayı: 94


Bölməyə aid digər xəbərlər