22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Fransa Xarici İşlər Nazirliyi Ukraynada fransız muzdlularının ölümü ilə əlaqədar Rusiya səfirini çağırıb
Tarix: 05-02-2024 13:33 | Bölmə: Dünya

“France Presse” xəbər verir ki, Rusiyanın Fransadakı səfiri Aleksey Meşkov Ukraynada iki Fransa vətəndaşının ölümü ilə bağlı xəbərin yayılmasından sonra Fransa Xarici İşlər Nazirliyinə çağırılacaq.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Fransa Xarici İşlər Nazirliyi səfirə deyəcək ki, Kiyevin nəzarətində olan Berislavda iki fransız yardım işçisinin ölümü və üç nəfərin yaralanması ilə nəticələnən Rusiyanın zərbələrini pisləyir.
Rusiya Silahlı Qüvvələri (SQ) əksəriyyəti fransız muzdluları olan xarici döyüşçülərin Xarkovda müvəqqəti yerləşdirilmə məntəqəsini məhv edib. 60-dan çox yaraqlı öldürülüb. Fransa mediası fransız muzdluları “könüllülər” adlandırıb.
Rusiya səfiri Fransa parlamentarilərinə Ukraynadakı müharibədə fransız muzdlularının iştirakı ilə bağlı Dövlət Dumasının müraciətini çatdırıb.
Fransa Xarici İşlər Nazirliyi Xarkovda onlarla fransız muzdlusunun məhv edilməsi ilə bağlı məlumatı “rusların manipulyasiyası” adlandırıb.
Fransanın müdafiə naziri Sebastyan Lekornu deyib ki, hakimiyyət fransızlara Ukraynada döyüşməyə qadağa qoya bilməz. Onun sözlərinə görə, bu fransızların “Fransa Silahlı Qüvvələri ilə heç bir əlaqəsi yoxdur, fransız hərbi formasını geyinmirlər və Fransa hərbi qurumları ilə əlaqəsi yoxdur”.



Baxış sayı: 123


Bölməyə aid digər xəbərlər