22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Hindistanın Rusiyadakı səfirliyinin əməkdaşı Pakistanın xeyrinə casusluq etdiyi üçün həbs edilib
Tarix: 05-02-2024 12:59 | Bölmə: Dünya

Hindistanın Moskvadakı səfirliyinin əməkdaşı Satendra Sival Hindistanın Uttar Pradeş ştatının polisi tərəfindən Pakistanın xeyrinə casusluq etməkdə şübhəli bilinərək saxlanılıb, NDTV telekanalı xəbər verir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, həbs fevralın 4-də Hindistanın Meerut şəhərində baş tutub. Sival 2021-ci ildən Hindistanın Moskvadakı səfirliyində işləyirdi. O, Pakistan kəşfiyyat xidməti ISI-ni Hindistan Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyinin işi haqqında məxfi məlumatlarla təmin edib.
Sival ISI üçün casusluq etdiyini etiraf edib. Onun barəsində cinayət işi açılıb. Hindistan Xarici İşlər Nazirliyi Sivalın həbsindən xəbərdardır və istintaq orqanları ilə əməkdaşlıq edir.



Baxış sayı: 116


Bölməyə aid digər xəbərlər