Bütün xəbərlər
15 min təhlükəsizlik qüvvəsi, zirehli texnika, helikopter: Paris fermerlərin etirazlarına hazırlaşır
Tarix: 29-01-2024 10:59 | Bölmə: Dünya

Fransa Daxili İşlər Nazirliyi yerli fermerlərin Parisin “mühasirəyə alındığını” elan etməsindən sonra təhlükəsizlik tədbirlərini gücləndirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, işə 15 min polis əməkdaşı, zirehli texnika və helikopter cəlb edilib.
Fransa Kənd Təsərrüfatı Həmkarlar İttifaqları Milli Federasiyası və Jeunes Agriculteurs həmkarlar ittifaqı tərəfindən şəhərə hər hansı mal tədarükünün qarşısını almaq üçün Parisin tam blokadası elan edilib. Aksiyanın başlanması bazar ertəsi, yanvarın 29-na keçən gecə planlaşdırılır. RİA Novosti xəbər verir ki, aksiyanın ən azı beş gün davam edəcəyi gözlənilir.
Fəalların planlarına şəhərdən bir neçə kilometr aralıda Parisə gedən səkkiz magistralın hamısının bağlanması, Parisin iki hava limanının – Orli və Ruassi-Şalz-de-Qollun və Avropanın ən böyük ərzaq bazarı, Parisin cənubundakı Rungis-in “mühasirəyə alınması” daxildir.
Buna cavab olaraq Fransa Daxili İşlər Nazirliyi bütöv bir müdafiə xətti qurdu. Belə ki, İle-de-Fransa metropoliten bölgəsində 15 mindən çox polis əməkdaşı işə cəlb olunub. Artıq Rungi bazarında zirehli maşınlar var.
Daxili işlər naziri Jareld Darmanenin sözlərinə görə, polis “Parisdə traktorların olmadığını” və traktorların ölkənin böyük şəhərlərinə girməməsini təmin etməlidir. Polis traktorların, o cümlədən helikopterlərin hərəkətinə nəzarət edəcək.




Baxış sayı: 170


Bölməyə aid digər xəbərlər