Bütün xəbərlər
ABŞ-ın Yaxın Şərqdəki hərbi bazasına hücum zamanı 34 nəfər yaralanıb
Tarix: 29-01-2024 10:49 | Bölmə: Dünya

Qətərin Əl-Cəzirə telekanalı xəbər verir ki, ABŞ-ın İordaniyadakı hərbi bazasına hücum nəticəsində yaralananların sayı 34 nəfərə çatıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Telekanalın məlumatına görə, amerikalı hərbçi itkilərin sayının artdığını bildirib.
Hazırda ABŞ səlahiyyətliləri hərbi bazaya hücumu həyata keçirən “silahlı qrupun müəyyən edilməsi üzərində işləyir”.
Bundan əvvəl Ağ Evin mətbuat xidməti ABŞ prezidenti Co Baydenin yanvarın 27-də İordaniyanın şimal-şərqində ABŞ bazasına PUA-nın hücumu nəticəsində 3 hərbçinin həlak olması və çoxlu itkilər barədə məlumat yayıb.
Öz növbəsində İordaniyanın rabitə naziri və hökumət sözçüsü Muhannad əl-Mubaydin ABŞ hərbçilərinin İordaniya ərazisinə hücumu barədə Baydenin sözlərini təkzib edib. O, Suriyanın İordaniya ilə sərhədə yaxın əl-Tanf bölgəsində Amerika hərbi bazasına hücum edildiyini vurğulayıb.



Baxış sayı: 164


Bölməyə aid digər xəbərlər