Bütün xəbərlər
Sudan sərhədində baş verən hücumda 52 nəfər həlak olub
Tarix: 29-01-2024 10:39 | Bölmə: Dünya

"Associated Press" xəbər verir ki, Sudan və Cənubi Sudan sərhədində mübahisəli Abyei ərazisində hücum nəticəsində 52 nəfər həlak olub.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, hadisənin nəticələri barədə agentliyə yerli rəsmi məlumat verilib.

Qeyd edildiyi kimi, neftlə zəngin Abyei bölgəsində silahlı şəxslər kənd sakinlərinə hücum ediblər. BMT sülhməramlısı da daxil olmaqla 52 nəfər həlak olub, 64 nəfər yaralanıb.
Agentliyin məlumatına görə, hücumu qonşu Varab bölgəsindən olan yerli qəbilələrdən birinin gəncləri həyata keçirib. RİA Novosti xəbər verir ki, bu tayfa uzun müddətdir Abyeydə başqa bir tayfa ilə torpaq mübahisəsi aparır.
BMT-nin müvəqqəti qüvvələri hücumu dəf etdiyini açıqlayıb və sülhməramlının öldüyünü təsdiqləyib.
Neftlə zəngin Abyei bölgəsi 2011-ci ildə müstəqillik əldə etdikdən sonra Sudan və Cənubi Sudan arasında mübahisəli ərazidir.





Baxış sayı: 157


Bölməyə aid digər xəbərlər