22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Almaniyanın şəhərlərində minlərlə insan sağçı ekstremizmə qarşı etiraz aksiyası keçirib
Tarix: 28-01-2024 11:26 | Bölmə: Dünya

Almaniyanın bəzi şəhərlərində minlərlə insan sağçı ekstremizmə və Almaniya üçün Alternativ (AfD) partiyasına qarşı etiraz aksiyası keçirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, təkcə Düsseldorfda, polisin məlumatına görə, nümayişə 100 minə yaxın adam toplaşıb.
DPA agentliyinin məlumatına görə, bəzi aksiyalarda Almaniyanın tanınmış siyasətçiləri görünüb. Ziqmaringendə Baden-Vürtemberq əyalətinin baş naziri Vinfrid Kretçmann, Aaxendə maliyyə naziri Kristian Lindner və Şlezviq-Holşteynin baş naziri Daniel Günter, Osnabrükdə isə Müdafiə Nazirliyinin rəhbəri Boris Pistorius iştirak ediblər. Nümayişçilər qarşısında çıxış edən sonuncu bildirib ki, AfD Almaniyada siyasi sistemi dəyişməyə çalışır.
Pistorius, "bu, onların irqi dəlilik, ayrı-seçkilik, bərabərsizlik və qanunsuzluğun qaranlıq dövrlərinə qayıtmaq istəmələrindən başqa bir şey deyil" deyib.
Nazirin sözlərinə görə, rəqibləri tərəfindən yox, tərəfdarlarının zəifliyi ucbatından məhv edilmiş Veymar Respublikası ilə də paralellər aparıb.
Yerli hüquq-mühafizə orqanlarının məlumatına görə, Kieldə 11,5 min, Lübekdə 8 minə yaxın, Kayzerslauterndə 6 minə yaxın, Manheymdə 20 minə qədər, Axendə isə təxminən 12,5 min nəfər etiraz aksiyasında iştirak edib. Nümayişlər Almaniyanın kiçik şəhərlərində də keçirilib.
Almaniyada iki həftəyə yaxındır ki, sağ ekstremizm və AfD-yə qarşı etirazlar keçirilir. Keçən həftəsonu ölkə üzrə bir milyona yaxın insan iştirak edib. Nümayişlərə səbəb iki milyon insanın Almaniyadan deportasiya edilməsi planlarının müzakirə olunduğu sağ ekstremistlərin gizli toplantısının mediaya sızması olub.



Baxış sayı: 121


Bölməyə aid digər xəbərlər