22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
ABŞ altı Afrika ölkəsi ilə birgə hərbi təlimləri ləğv edib
Tarix: 28-01-2024 11:15 | Bölmə: Dünya

“The Washington Post” (WP) qəzeti yazır ki, Pentaqon altı Afrika ölkəsinin - Eritreya, Burkina Faso, Efiopiya, Niger, Sudan və Malinin hərbi birləşmələri ilə birgə təlimlər keçirməkdən imtina edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, 2023-cü ilin oktyabrında Pentaqon ABŞ Konqresinə birgə təlimlər keçirmək niyyəti haqqında sənədlər təqdim edib. Bu məqsədlər üçün milyonlarla dollar vəsaitin ayrılması nəzərdə tutulurdu. Bu arada ABŞ qanunları demokratik hökumətin devrildiyi və ya insan hüquqlarının pozulması hallarının aşkar edildiyi ölkələrə təhlükəsizlik yardımı göstərməyi qadağan edir.
Pentaqon təlimlərin ləğv edilməsinin səbəbini açıqlamayıb. WP hesab edir ki, buna səbəb demokratların tənqidi olub. Belə ki, konqresmenlər Ben Kardin və Elizabet Uorren Pentaqonun rəhbəri Lloyd Ostindən hərbi çevriliş baş verən ölkələrlə birgə təlimlər keçirməməyi tələb ediblər.



Baxış sayı: 106


Bölməyə aid digər xəbərlər