22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Texas qubernatoru: "100 mindən çox miqrant başqa ştatlara göndərilib"
Tarix: 27-01-2024 11:15 | Bölmə: Dünya

Texas ştatının qubernatoru Qreq Abbott Meksika sərhədindəki ağır miqrant böhranına görə prezident Bayden administrasiyasını günahlandırmaqda davam edir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, qubernator cümə günü verdiyi açıqlamada 2022-ci ildən bəri Texas səlahiyyətlilərinin 100 min  qeyri-qanuni miqrantı ştatdan çıxarmalı olduğunu söylədi. Onları qəbul etməyə razılaşan başqa əyalətlərə və şəhərlərə göndərildilər.
ABŞ-a sənədsiz insanlarla yanaşı, təhlükəli maddələr də daxil olur, Abbot sözünə davam etdi. Texas hüquq-mühafizə orqanları eyni dövr ərzində 454 milyondan çox öldürücü dozada olan fentanil narkotik maddə ələ keçirib.
"Tək ulduz" əməliyyatı Bayden administrasiyasının sərhədlərimizi qoruya bilməməsi nəticəsində yaranan təhlükəli boşluqları aradan qaldırmağa davam edir"- Abbott deyib
Onun mövqeyini Donald Tramp, İlon Mask, eləcə də 25 ştatın respublikaçı qubernatorları dəstəkləyib.



Baxış sayı: 126


Bölməyə aid digər xəbərlər