22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Ağ Ev vurulan təyyarə ilə bağlı vəziyyəti araşdırır
Tarix: 24-01-2024 22:19 | Bölmə: Dünya

ABŞ-da "İl-76" təyyarəsinin qəzaya uğrama şəraiti aydınlaşdırılır.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi qeyd edib ki, Vaşinqton faciə ilə bağlı nəşrlər görüb. Bununla belə, ABŞ hazırda vəziyyəti aydınlaşdırmaq və bununla bağlı əlavə məlumat əldə etmək üçün əlindən gələni edir.
Kirbi hesab edir ki, bu mövzuda spekulyasiya etmək ağılsızlıqdır.
Çərşənbə günü, yanvarın 24-də Ukrayna Silahlı Qüvvələri Belqorod vilayəti üzərində Rusiyaya məxsus hərbi-nəqliyyat təyyarəsini vurub. Təyyarədə mübadilə üçün nəzərdə tutulmuş ukraynalı məhbuslar olub. Təyyarədə olan 74 nəfər həlak olub.
Ukrayna hələlik insidentdə iştirakını birbaşa təsdiqləməyib. Lakin təyyarənin qəzaya uğraması xəbəri çıxan kimi Ukrayna mediası “daha bir qələbə” elan etdi. Təyyarənin göyərtəsində olan ukraynalı məhbuslarla bağlı məlumatlar ortaya çıxandan sonra media xəbərləri və başlıqları tənzimləməyə başlayıb.



Baxış sayı: 114


Bölməyə aid digər xəbərlər