22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
AP: Tramp təxminən 55% səslə Nyu-Hempşirdə ilkin qalibiyyət qazandı
Tarix: 24-01-2024 10:55 | Bölmə: Dünya

Donald Tramp Nyu-Hempşirdə Respublikaçılar Partiyasından prezidentliyə namizədlər arasında partiyadaxili praymerizdə qalib gəlir.
"Associated Press"-in proqnozuna görə, ABŞ-ın keçmiş prezidenti demək olar ki, 55% səs toplayır. Moskva vaxtı ilə səhər saat 8:40-a olan məlumata görə, bülletenlərin 90%-i artıq hesablanıb.
Donald Tramp 43,2% nəticə ilə əsas rəqibi, ölkənin BMT-dəki keçmiş daimi nümayəndəsi Nikki Heyli üstələyir. Heyli məğlubiyyətini etiraf edərək, Ağ Evin keçmiş rəhbərini qələbəsi münasibətilə təbrik edib.
CNN-in məlumatına görə, səsvermənin nəticələrinə əsasən, Respublikaçılar Partiyasının qurultayına ştatdan gələn 22 nümayəndədən 12-si Trampı, 9-u isə Heylini dəstəkləyə bilər. Respublikaçıların vahid namizədini nəhayət müəyyən edəcək qurultay iyulun ortalarında keçiriləcək.
2024-cü il ABŞ prezident seçkiləri noyabrda keçiriləcək, Tramp və Heyli hazırda Respublikaçılar Partiyasından namizəddirlər. Bundan əvvəl Florida qubernatoru Ron DeSantis və Ayova ştatında praymerizdə uduzan iş adamı Vivek Ramasvami prezidentlik yarışından çəkildiklərini elan edərək, keçmiş prezident Trampı dəstəkləyəcəklərini vəd ediblər.



Baxış sayı: 123


Bölməyə aid digər xəbərlər