Bütün xəbərlər
ABŞ "Ənsar Allah"ı yenidən terror təşkilatı elan edib
Tarix: 17-01-2024 20:31 | Bölmə: Dünya

ABŞ administrasiyasının rəsmisi bildirib ki, Vaşinqton Yəmənin üsyançı "Ənsar Allah" hərəkatını yenidən terror təşkilatları siyahısına salıb.
 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, "Ənsar Allah" dünyada daha çox Husilər kimi tanınır. Terrorçular siyahısına salınmasına səbəb onların Qırmızı dənizdə ticarət gəmilərinə hücumları olub. Birləşmiş Ştatlar vurğulayır ki, hərəkat nümayəndələrinə dəfələrlə beynəlxalq dəniz ticarətinin pozulmasının yolverilməzliyi barədə xəbərdarlıq edilib, lakin diplomatiya gücsüz olub.
"Tədbirlər İranın dəstəklədiyi husilərin Qırmızı dəniz və Ədən körfəzində davam edən hücumları səbəbindən həyata keçirilib. Bu hücumlar terror nümunəsidir, beynəlxalq hüququ pozur, həyat, qlobal ticarət üçün ciddi təhlükə yaradır və çatdırılmanı, humanitar yardımı pozur.,” ABŞ administrasiyasının sözçüsü bildirib.
Ağ Ev Husilərə təzyiq göstərməyə ümid edir. Hücumlar dayansa və sülh razılaşması əldə olunarsa, "Ənsar Allah" terrorçular siyahısından çıxarılacaq.



Baxış sayı: 173


Bölməyə aid digər xəbərlər