22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
ABŞ və Britaniya Husilərin Hudeydə şəhəri yaxınlığındakı hərbi dəniz bazasını vurub
Tarix: 13-01-2024 20:46 | Bölmə: Dünya
ABŞ və Britaniya təyyarələri Yəməndəki Ənsar Allah qruplaşmasının dəniz bazasına hücum edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, obyekt Hudeyda şəhəri yaxınlığında yerləşir. "Al Arabia" telekanalı xəbər verir ki, yanvarın 13-də oradan raket buraxılıb.
Bundan əvvəl məlum olmuşdu ki, Amerikanın “USS Carney” esminesi Husilərin radar stansiyasına bir neçə “Tomaqavk” qanadlı raketləri atıb.
Ənsar Allah bildirib ki, zərbə heç bir ziyana səbəb olmayıb.
ABŞ məlumatlarına görə, 2023-cü ilin noyabr ayından bəri husilər Qırmızı dəniz və Ədən körfəzindəki gəmilərə 28 dəfə hücum etməyə cəhd ediblər.




Baxış sayı: 118


Bölməyə aid digər xəbərlər