22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Bayden: "ABŞ Tayvanın müstəqilliyini dəstəkləmir"
Tarix: 13-01-2024 19:47 | Bölmə: Dünya

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Vaşinqton Tayvanın müstəqilliyini dəstəkləmir, ABŞ prezidenti Cozef Bayden Amerika liderindən adada keçirilən seçkilərə münasibət bildirməsini istəyən jurnalistlərlə söhbəti zamanı deyib.
"Biz Tayvanın müstəqilliyini dəstəkləmirik"-Bayden deyib.
Əvvəllər Amerika administrasiyası “vahid Çin” prinsipini dəstəklədiyini dəfələrlə bəyan edib.
Yanvarın 11-də ABŞ-ın Tayvanda seçkilər keçirildikdən sonra bu ölkəyə nümayəndə heyəti göndərəcəyi xəbəri yayılmışdı. Günün əvvəlində Çinin Vaşinqtondakı səfirliyinin sözçüsü Liu Pengyu bildirib ki, ABŞ Tayvanla bütün əlaqələri dayandırmalıdır.
Yanvarın 13-də Tayvan administrasiyası rəhbərinin seçkilərinin nəticələri məlum olub. Seçicilərin əksəriyyəti hakim partiyanın nümayəndəsini dəstəkləyib: Lai Qinqde 40,05 faiz səs toplayıb.




Baxış sayı: 138


Bölməyə aid digər xəbərlər