22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Dövlət Duması ABŞ-ı ən aqressiv ölkə kimi Ginnesin Rekordlar Kitabına daxil etməyi təklif edib
Tarix: 13-01-2024 13:25 | Bölmə: Dünya

Dövlət Dumasının Krımdan olan deputatı Mixail Şeremet qeyri-adi təşəbbüslə çıxış edib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Xalq nümayəndəsi ABŞ-ı Ginnesin Rekordlar Kitabına daxil etməyi təklif edib.
Onun sözlərinə görə, Vaşinqton xarici müdaxilələrin sayına görə dünyanın bütün ölkələrini qabaqlayır. Bu baxımdan Amerikanı dövrümüzün ən aqressiv ölkəsi kimi tanımaq vaxtıdır.
"İraq, Fələstin, Ukrayna, Əfqanıstan, Vyetnam və Liviya. Siyahını uzatmaq olar", - o qeyd edib.
Şeremet əlavə edib ki, ABŞ-ın diplomatik yanaşması bütün dünyada tanınır. Vaşinqton ölkəni “yarmaz” adlandırır və sonra dostcasına raket atəşi və sanksiyalarla “dövləti doğru yola yönəldir”.
"ABŞ-ın diplomatik yanaşması onların təyin olunmuş yaramaz ölkəsinə atılan raket və mərmilərin sayı ilə ölçülür. ABŞ planetin ən aqressiv ölkəsidir", - deyə, deputat yekunlaşdırıb.




Baxış sayı: 113


Bölməyə aid digər xəbərlər