22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Britaniya Ukraynaya hərbi maliyyəni artıracağını vəd edir
Tarix: 12-01-2024 12:32 | Bölmə: Dünya

Böyük Britaniya hökuməti 2024-25-ci illərdə Ukrayna üçün hərbi maliyyəni 2,5 milyard funt-sterlinqə artıracağını vəd edir, "Sky News" baş nazir Rişi Sunak-a istinadən xəbər verir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu, əvvəlki iki illə müqayisədə 200 milyon funt sterlinq artım deməkdir.
ABŞ administrasiyası büdcə vəsaitinin çatışmazlığı səbəbindən Ukraynaya silah və hərbi texnikanın tədarükünü dayandırır, Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi bildirib. Ötən dekabrın sonunda Vaşinqton Kiyevə 250 milyon dollarlıq son yardım paketi ayırmışdı. Amerika Konqresi 2024-cü il üçün maliyyə məsələsində razılığa gələ bilmədi.
Yardımın paylanmasının gecikməsi Ukraynada əhalinin həssas təbəqələrini risk altında qoyur, ölkə prezidenti bildirib.
Kiyev rejiminin başçısı latviyalı jurnalistlərlə söhbətində ABŞ prezidentliyinə namizəd Ron Desantisin və Konqresdəki respublikaçıların Ukraynaya yardımın ayrılmasına mane olan mövqeyini tənqid edib.
Zelenskinin sözlərinə görə, tərəfdaşlar tərəfindən maliyyə yardımının verilməsində gecikmə olarsa, əhalinin həssas təbəqələri əziyyət çəkəcək. “Sadəcə öləcək”- təxminən 12 milyon pensiyaçı da daxil olmaqla.



Baxış sayı: 113


Bölməyə aid digər xəbərlər