22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Respublikaçılar Baydendən ABŞ-ın Ukrayna siyasətinə aydınlıq gətirməsini tələb edirlər
Tarix: 07-01-2024 20:07 | Bölmə: Dünya

ABŞ prezidenti Co Baydenin administrasiyası ABŞ-ın Ukrayna ilə bağlı strategiyasına aydınlıq gətirməlidir, ABŞ Nümayəndələr Palatasının rəhbəri Mayk Conson (Luizianadan olan respublikaçı) CBS televiziyasına müsahibəsində bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,Respublikaçılar Ukraynaya əlavə yardımın ayrılmasına qarşıdırlar və hesab edirlər ki, Bayden administrasiyası amerikalılarla səmimi danışmır.
"Birləşmiş Ştatlar Ukraynada nəyə nail olmağa çalışır? ABŞ strategiyası nədir? Birləşmiş Ştatlar hansı məqsədi güdür? Vergi ödəyicilərinin vəsaitləri üzərində nəzarəti necə qurmaq olar?" deyə, soruşan Conson ABŞ-ın dövlət borcunun 34 trilyon dolları keçdiyini xatırladıb. Kiyevə yardım yalnız bu borcu artıracaq. Ağ Ev bu suallara cavab vermir.
Conson vurğulayıb ki, Ukraynaya əlavə yardımın ayrılması ABŞ administrasiyasının ABŞ-ın cənub sərhədində nəzarəti gücləndirmək üçün tədbirlər görüb-görməməsindən və ABŞ-ın Ukrayna münaqişəsindəki məqsədləri ilə bağlı suallara cavab verməsindən asılıdır.
ABŞ administrasiyası Konqresə İsrail və Ukraynaya əlavə yardımın ayrılması üçün sorğu göndərib, söhbət 106 milyard dollardan gedir.Konqres Milad tətilindədir, müzakirələr yanvarın ortalarında davam etdiriləcək.



Baxış sayı: 118


Bölməyə aid digər xəbərlər