22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
"Reuters": İD İranın Kirman şəhərində törədilən terror aktına görə məsuliyyəti öz üzərinə götürüb
Tarix: 04-01-2024 21:40 | Bölmə: Dünya

İranın Kirman şəhərində törədilən terror aktına görə məsuliyyəti “İslam Dövləti” (Rusiya Federasiyasında qadağan olunmuş) terror təşkilatı öz üzərinə götürüb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə “Reuters” silahlıların bəyanatına istinadən məlumat yayıb.
“İslam Dövləti (Rusiya Federasiyasında qadağan olunmuş) cümə axşamı İranda mərasimdə 100-ə yaxın insanın ölümü və çoxlu sayda insanın yaralanması ilə nəticələnən iki partlayışa görə məsuliyyəti öz üzərinə götürüb”, materialda deyilir.
Bu arada BMT Təhlükəsizlik Şurası terror aktını ən sərt şəkildə pisləyib və onun təşkilatçıları və sponsorlarının məsuliyyətə cəlb edilməsinin vacibliyini vurğulayıb. Təhlükəsizlik Şurasının üzvləri bütün dövlətləri bu məsələdə İranla əməkdaşlığa çağırıb.
Bundan əlavə, istənilən terror aktının cinayət xarakterli olduğu və heç bir əsası olmadığı təsdiqlənib.
Yanvarın 3-də İranın Kirman şəhərində SEPAH generalı Qasim Süleymaninin dəfn olunduğu qəbiristanlığın yaxınlığında partlayış baş verib. Son məlumatlara görə, terror aktı nəticəsində 95 nəfər həlak olub, daha 211 nəfər yaralanıb.
Vladimir Putin İran prezidenti İbrahim Rəisiyə başsağlığı teleqramı göndərib, o da terrorizmi bütün təzahürlərində pisləyib.



Baxış sayı: 111


Bölməyə aid digər xəbərlər