22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
İraq ABŞ-ın Bağdaddakı hədəflərə zərbələrini "təhlükəli eskalasiya" adlandırıb
Tarix: 04-01-2024 20:12 | Bölmə: Dünya


"Reuters" xəbər verir ki, ABŞ Bağdaddakı hədəfə zərbə endirərək, şiə hərəkatı "Hizbullah əl-Nucəbə"nin komandirlərindən birini öldürüb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, zərbə komandirin getdiyi avtomobilə dəyib. ABŞ onun adını açıqlamayıb. Amerikalılar hesab edirlər ki, bu hərəkat Amerikanın İraqdakı hərbi bazalarına hücum edib.
İraqın “Shafaq News” saytı “Hizbullah əl-Nucəbə”nın komandirlərindən birinin və onun köməkçisinin İraqın paytaxtında pilotsuz təyyarənin endirilməsi nəticəsində öldürüldüyünü, azı 6 nəfərin yaralandığını bildirib. Əbu Təqva kimi tanınan qurban hərəkatın 12-ci briqadasına rəhbərlik edib və İraq şiə milisləri Əl-Həşd əş-Şaabinin tərəfdarı olub. "Hizbullah əl-"Nucəbə" komandirinin ölümünü təsdiqləyib və ABŞ-ı onu öldürməkdə ittiham edib.



Amerika PUA-nın zərbəsinin hədəfi Bağdaddakı logistika bölmələrinin qərargahı olub. İraq Silahlı Qüvvələrinin sözçüsü general Yəhya Rəsul zərbəyə görə ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrini günahlandırıb.

Bu arada İraq Xarici İşlər Nazirliyi ABŞ-ın hücumunu şiddətlə pisləyərək İraqın şiə milisləri Əl-Həşd əl-Şaabinin Bağdaddakı qərargahına İHA-nın endirilməsinin bölgədə gərginliyi artırdığını bildirib. İraq güclü mövqe nümayiş etdirmək və İraq ərazisinə və ölkənin təhlükəsizlik qüvvələrinə təcavüz etməyə cəhd edənlərin qarşısını almaq üçün tədbirlər görmək hüququnu özündə saxlayır.

26 dekabr 2023-cü ildə ABŞ İraqdakı şiə qruplaşması Kataib Hizbullahın hədəflərinə hücumlar elan etdi. İraq hökuməti ABŞ-ın zərbələrini İraqın suverenliyini pozan düşmən hərəkəti kimi qiymətləndirib.



Baxış sayı: 117


Bölməyə aid digər xəbərlər