22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
İsrail Ali Məhkəməsi mühüm məhkəmə islahatları qanununu ləğv edib
Tarix: 01-01-2024 23:30 | Bölmə: Dünya

İsrailin Ali Məhkəməsi Benyamin Netanyahu hökumətinin məhkəmə islahatları çərçivəsində qəbul edilən ilk qanunun ləğvi barədə qərar verib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu qanun Ali Məhkəmənin Nazirlər Kabinetinin qərarlarına baxmaq səlahiyyətini məhdudlaşdırır. O, ötən ilin yayında ölkənin Knesseti (parlamenti) tərəfindən təsdiqlənib.
İsrail Ali Məhkəməsinin kollegiyasında olan 15 hakimdən 8-i qərarı dəstəkləyib. 15 hakimdən 12-si isə qərara gəlib ki, ən yüksək məhkəmənin səlahiyyətləri “müstəsna hallarda” - Knesset öz səlahiyyətlərini aşdıqda ölkənin fundamental qanunlarını etibarsız hesab etmək üçün kifayətdir.
İsrailin ədliyyə naziri Yariv Levin artıq Ali Məhkəmə hakimlərini “demokratiyada üç qol arasında bölünən” hakimiyyəti qəsb etməkdə ittiham edib. O, həmçinin bildirib ki, qəbul edilən qərar müharibə dövründə “təmkin və məsuliyyətlə” fəaliyyət göstərməyə davam edəcək Nazirlər Kabinetini dayandırmayacaq”, - TASS yazır.
Netanyahunun kabinetinin irəli sürdüyü məhkəmə islahatları mübahisələrə, tənqidlərə və xalq iğtişaşlarına səbəb olub. Ötən ilin əvvəlindən İsrail şəhərlərində minlərlə etirazçı dəfələrlə küçələrə çıxıb. Onların məqsədi İsraili azad və demokratik saxlamaq və diktaturanın qurulmasının qarşısını almaq idi.



Baxış sayı: 134


Bölməyə aid digər xəbərlər