22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Şolts yeni il müraciətində Rusiya, Ukrayna və qazdan bəhs edib
Tarix: 31-12-2023 11:42 | Bölmə: Dünya

Almaniya kansleri Olaf Şolts yeni il öncəsi çıxışında daxili və dünya siyasətinin müxtəlif aspektlərinə toxunaraq, Avropa İttifaqında birliyin vacibliyini vurğulayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, çıxışının əvvəlində Şoltsun bildirdiyinə görə, koronavirusla bağlı vəziyyət yüngülləşdikdən sonra Rusiya “Avropanın mərkəzində müharibəyə başlayıb”, sonra “Rusiya prezidenti qazımızı kəsib” və payızda HƏMAS hərəkatı İsrailə hücum edib. Beləliklə, dünya, onun təbirincə, “daha narahat və qəddar” olur, sürətlə dəyişir, bu da insanlardan dəyişikliklər tələb edir.
Almaniyadakı vəziyyətdən danışan Şolts qeyd edib ki, mümkün iqtisadi tənəzzüllə bağlı ekspert proqnozlarına baxmayaraq, Almaniyada bir sıra müsbət dəyişikliklər baş verib: inflyasiya azalıb, maaşlar və pensiyalar artıb, qaz anbarları doludur. Bununla belə, o, Federal Konstitusiya Məhkəməsinin hökmü ilə əlaqədar büdcə kəsiri kimi problemləri də etiraf edib.
Kansler Aİ və ABŞ-da qarşıdan gələn seçkilərin əhəmiyyətinə diqqət çəkərək, Avropa İttifaqını birliyə çağırıb. “Gələn il keçiriləcək Avropa seçkilərindən sonra Avropanın daha da birləşməsi və daha da güclənməsi vacibdir”, - deyə, o bildirib.

Müraciətini yekunlaşdıran kansler Berlin divarının yıxılmasını xatırladaraq, Almaniya üçün demokratiyanın vacibliyini vurğulayıb. O, cəmiyyəti kompromis və dialoqa çağıraraq, bir-birinə hörmətin gələcək qorxusunu aradan qaldıracağını, 2024-cü ilin ölkə üçün yaxşı il ola biləcəyini vurğulayıb.



Baxış sayı: 118


Bölməyə aid digər xəbərlər