22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Serbiyanın qərbyönlü müxalifəti bundan sonra seçki komissiyasında mitinq keçirməyəcək
Tarix: 30-12-2023 22:54 | Bölmə: Dünya

Müxalif Qərbyönlü Serbiya Zorakılığa Qarşı partiyası bundan sonra seçki komissiyasının binası yaxınlığında gündəlik mitinqlər keçirməyəcək, böyük toplantılara keçəcək.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bunu siyasi assosiasiyanın liderlərindən biri Miroslav Aleksiç deyib.
Siyasətçi izah etdi ki, seçki komissiyasının yanında dayanmağın artıq faydası yoxdur - onsuz da binada heç kim yoxdur. Aleksiç əlavə edib ki, mütəmadi olaraq böyük mitinqlərin keçirilməsi planlaşdırılır.
Xatırladaq ki, bundan əvvəl Belqradın mərkəzində müxalifət nümayəndələrinin iştirak etdiyi etiraz aksiyası keçirilib. Ümumilikdə mitinqə bir neçə min insan gəlib. Fəallar Serbiya və Avropa İttifaqının bayraqlarını daşıyıblar.
Serbiya Zorakılığa Qarşı Partiyası ölkədə parlament və bələdiyyə seçkilərinin pozuntularla keçirildiyini iddia edir.



Baxış sayı: 127


Bölməyə aid digər xəbərlər