22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Ədliyyə naziri Buşman: "Almaniya qaçqınları Ukrayna Silahlı Qüvvələrində xidmət etmək üçün təhvil verməyəcək"
Tarix: 22-12-2023 16:16 | Bölmə: Dünya

Almaniya Ukraynadan olan qaçqınları Ukrayna Silahlı Qüvvələrində xidmət etmək üçün ekstradisiya etmək fikrində deyil.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bunu Almaniya Ədliyyə Nazirliyinin rəhbəri Marko Buşman deyib.
O vurğulayıb ki, Almaniya konstitusiyasında vətəndaşın istəyi olmadan hərbi xidmət nəzərdə tutulmur, ona görə də “biz başqa ölkələrdən olan insanları buna məcbur edə biləcəyimizi” təsəvvür etmək çətindir, "Die Welt" yazır.
Buşmanın sözlərinə görə, Almaniya hökuməti çalışır ki, Ukraynadan olan qaçqınların mümkün qədər çoxu iş tapsın və daha az müavinətlə dolansın.
Bundan əvvəl Ukraynanın müdafiə naziri Rustem Umerov 2024-cü ildə ukraynalıların xaricə səfərbər edilməsinin planlaşdırıldığını bildirib.



Baxış sayı: 115


Bölməyə aid digər xəbərlər