22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Çexiyanın Baş naziri: "Praqada atışma terrorizm və mütəşəkkil cinayətlə əlaqəli deyil"
Tarix: 22-12-2023 08:23 | Bölmə: Dünya

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Çexiya hakimiyyəti hesab edir ki, Çarlz Universitetindəki qətliam yalnız bir nəfərin cinayəti olub.
"Praqadakı Karl Universitetinin fəlsəfə fakültəsində baş verən atışma terror aktı deyil və mütəşəkkil cinayətlə əlaqəsi yoxdur. Hadisə tənha bir şəxsin işinə bənzəyir", -Çexiyanın baş naziri Petr Fiala deyib.
O, həmçinin ölkə sakinlərini əmin edib ki, hüquq-mühafizə orqanları vəziyyətə tam nəzarət edir və Çexiya vətəndaşları üçün təhlükə yoxdur.
Cümə axşamı, dekabrın 21-də tələbə David Kozak Praqanın mərkəzindəki Çarlz Universitetində atəş açıb. Atışma nəticəsində 14 nəfər həlak olub, onlarla yaralı şəhər xəstəxanalarına çatdırılıb. Hadisədən sonra Çexiya hakimiyyəti bir günlük matəm elan edib.



Baxış sayı: 122


Bölməyə aid digər xəbərlər