Bütün xəbərlər
HƏMAS: İsrail girovları diri qaytarmaq istəyirsə, təcavüzü dayandırmalıdır
Tarix: 21-12-2023 22:23 | Bölmə: Dünya

İsrail girovları sağ-salamat qaytarmaq istəyirsə, Qəzza zolağına təcavüzünü dayandırmalıdır.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə HƏMAS-ın hərbi qanadı - Əl-Qəssam Briqadalarının rəsmi nümayəndəsi Əbu Ubeydə Əl-Cəzirə telekanalında bildirib.
O, həmçinin Təl-Əvivi “məlum kanallar vasitəsilə vasitəçilərin köməyi ilə” danışıqlara getməyə çağırıb.
Bu arada İsrailin baş naziri Binyamin Netanyahu xalqa müraciətində bildirib ki, Qəzzada əməliyyat bütün girovlar azad edilənə və HƏMAS tamamilə məhv edilənə qədər davam edəcək. Onun sözlərinə görə, hərəkat üzvlərinin yalnız bir seçimi var: “təslim ol, ya öl”.


Baxış sayı: 73


Bölməyə aid digər xəbərlər