22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Zambiya və Zimbabvedə qarayara və vəba epidemiyaları qeydə alınıb
Tarix: 21-12-2023 08:18 | Bölmə: Dünya

Zambiyada iki təhlükəli yoluxucu xəstəliyin - qarayara və vəba xəstəliyinin yayılması qeydə alınıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, ölkənin Səhiyyə Nazirliyinin məlumatına görə, son 24 saat ərzində vəbaya yoluxanların sayı 74 nəfər artıb, onlardan 70-i paytaxt Lusakada xəstələnib. Şəhərdə daha 3 nəfər xəstəlikdən dünyasını dəyişib, bununla da ölənlərin ümumi sayı 60-a çatıb.
Vəba adətən çirkli əllərin xəstəliyi adlanır, ona görə də ölkə hakimiyyəti vətəndaşları gigiyena və sanitariya normalarına daha diqqətlə riayət etməyə çağırır.
TASS xəbər verir ki, vəbaya yoluxma halları Zimbabve və Mozambikdə də qeydə alınıb.
ÜST-nin məlumatına görə, Afrika ölkələrində 2011-ci ildən bəri vəba xəstəliyində nəzərəçarpacaq artım müşahidə olunur.
Afrika qitəsində vəba ilə eyni vaxtda qarayara xəstəliyi yayılır. Bu ilin yanvarından Zambiyada 700 xəstəliyə yoluxma halı qeydə alınıb, 4 nəfər ölüb. Zimbabve, Malavi və Uqandada da qarayara xəstəliyi qeydə alınıb.



Baxış sayı: 118


Bölməyə aid digər xəbərlər