22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Miley Argentinada 300-dən çox iqtisadi islahatlar haqqında məlumat verdi
Tarix: 21-12-2023 08:03 | Bölmə: Dünya
Argentina prezidenti Xavyer Miley iqtisadiyyatın liberallaşdırılması üçün 300-dən çox islahat haqqında fərman imzaladığını açıqlayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Mileyin fikrincə, bu islahatların məqsədi “ölkəni yenidən qurmaq, onu azadlığa qaytarmaq”, habelə “iqtisadi inkişafı ləngidən çoxlu sayda maneələri” aradan qaldırmaqdır.
RİA Novosti xəbər verir ki, tədbirlər arasında özəlləşdirmə, ixracın liberallaşdırılması, qiymətlərin tənzimlənməsindən imtina və digərləri var. Prezident aydınlaşdırıb ki, çox yaxın vaxtlarda parlamentin fövqəladə iclası çağırılacaq və orada iqtisadi qanunlar paketi müzakirə olunacaq.



Baxış sayı: 114


Bölməyə aid digər xəbərlər