22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
İsrail növbəti humanitar fasiləyə hazır olduğunu açıqlayıb
Tarix: 19-12-2023 21:23 | Bölmə: Dünya

İsrail prezidenti İsaak Hersoq Fələstinin Həmas hərəkatının Qəzza zolağında saxladığı girovların azad edilməsi naminə ölkəsinin növbəti humanitar fasiləyə hazır olduğunu bildirib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Təl-Əviv həmçinin Fələstin anklavının sakinləri üçün humanitar yardım karvanlarının keçməsinə icazə verməyə hazırdır.
"Biz Qəzza xalqı ilə müharibə etmirik. Onlar bizim düşmənimiz deyil. Biz HƏMAS-la mübarizə aparırıq, onlar bizim düşmənlərimizdir. Və bu baxımdan biz bütün mümkün humanitar addımları atırıq", - Hersoq xarici səfirlərin iştirakı ilə keçirilən brifinqdə deyib.
Bundan əvvəl tərəflər İsrail həbsxanalarında saxlanılan fələstinlilərin müqabilində müvəqqəti atəşkəs barədə razılığa və girovların bir qismini azad etməyə nail olmuşdular. RİA Novosti xatırladır ki, həmin vaxt oğurlanmış 110 israilli azad edilib. İsrail hakimiyyətinin məlumatına görə, 126 ölkə vətəndaşı və 11 əcnəbi girov olaraq qalır.
Fələstin-İsrail münaqişəsinin növbəti gərginliyi oktyabrın 7-də HƏMAS hərəkatının İsrail ərazisinə raket zərbələri endirməsi, daha sonra isə yaraqlı qrupların Qəzza zolağından sərhədyanı ərazilərə soxulması, həm hərbçiləri, həm də mülki şəxsləri gülləbaran etməsi, eləcə də girov götürməsi ilə başlayıb.Təl-Əviv tezliklə Fələstin anklavı ilə sərhəddəki bütün əraziləri nəzarətə götürdü və öz ərazisindəki HƏMAS hədəflərinə hava zərbələri endirməyə başladı. Sektorun blokadası da elan edilib ki, bu da orada kritik humanitar vəziyyət yaradıb.Oktyabrın sonunda İsrail ordusu Qəzza zolağında xüsusi əməliyyatın quru mərhələsinə başlayıb.



Baxış sayı: 119


Bölməyə aid digər xəbərlər