Bütün xəbərlər
Futbolçu Fələstinə dəstək verdiyi üçün 10 ay həbs cəzası ala bilər
Tarix: 18-12-2023 22:55 | Bölmə: Dünya

Fransada "Nitsa"nın müdafiəçisi Yusif Atalın məhkəməsi başlayıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, futbolçu irqi ədavəti qızışdırmaqda ittiham olunur.
Fələstində vəziyyətin gərginləşməsindən sonra Yusif Atal sosial şəbəkələrdə video yayımlayıb. Orada 27 yaşlı əlcəzairli İsraili “qara günlər”ə çağırıb.
Bu emosiya ifadəsi Fransada israillilərə qarşı repressiya çağırışı kimi qəbul edildi. Ay yarım sonra Yusif saxlanılıb və bazar ertəsi futbolçu məhkəmə qarşısına çıxıb. Prokurorluq Atal üçün 10 aylıq şərti həbs cəzası və 45 min avro cərimə tələb edib.
Yusif Atal özü də qalmaqallı videonu internetə yerləşdirməzdən əvvəl sona qədər baxmadığını deyərək özünə haqq qazandırmağa çalışıb. Əlcəzairli futbolçunun işi üzrə hökm yanvarın əvvəlində açıqlanacaq.


Baxış sayı: 69


Bölməyə aid digər xəbərlər