22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
İsrail əsgərləri girovları yaraqlı zənn edərək təsadüfən öldürüblər
Tarix: 15-12-2023 23:20 | Bölmə: Dünya

İsrail Müdafiə Qüvvələri üç girovun İDF əsgərlərinin əli ilə faciəvi şəkildə həlak olduğunu bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, İsrail Müdafiə Qüvvələrinin mətbuat xidmətinin məlumatına görə, İDF əsgərləri Şecaya kəndində gedən döyüş zamanı düşmən əsgəri zənn edərək 3 nəfəri güllələyib.
Daha sonra ölənlərin cəsədlərini öyrənərkən İsrail hərbçiləri həlak olanların fələstinli olmadığından şübhələnməyə başlayıblar. Cəsədlər müayinə olunmaq üçün İsrail ərazisinə aparılıb.
Ölən 3 nəfərin israilli girovlar olduğu üzə çıxıb. Ölənlərin oktyabrın 7-də Kibbutz Kfar Azadan qaçırılan Yotam Çaim və Kibbutz Nir Amda əsir götürülən Samer Talalka olduğu müəyyən edilib. Üçüncü qurbanın adının yaxınları tərəfindən açıqlanmaması xahiş olunub.
İsrail ordusu və İsrail polisinin nümayəndələri faciəvi hadisə ilə bağlı araşdırmaya başlayıblar. İsrail Müdafiə Qüvvələri faciəvi hadisəyə görə dərin peşmançılıq hissini ifadə edib və həlak olanların yaxınlarına başsağlığı verib.



Baxış sayı: 127


Bölməyə aid digər xəbərlər