Bütün xəbərlər
HƏMAS Qüdsə raket hücumlarına görə məsuliyyəti öz üzərinə götürüb
Tarix: 15-12-2023 21:12 | Bölmə: Dünya

Dekabrın 15-i axşam Qüdsdə hava hücumu xəbərdarlığı elan edilib. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, fələstinli radikallar daha sonra Qəzza zolağından şəhərə raketlərin atıldığını bildiriblər.
TASS-ın məlumatına görə, fələstinli radikalların silahlı qanadı - İzzəddin əl-Qəssam Briqadaları cümə günü axşam saatlarında İsrailin Qəzza zolağında dinc sakinləri məhv etməsinə cavab olaraq Qüdsə bir neçə raket atdığını elan edib.
İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti saat 18:00 radələrində Qüdsdə hava hücumu sirenlərinin işə düşməsi barədə məlumat yayıb.Bu hadisədən əvvəl şəhərdə sirenlər oktyabrın 30-da işə salınmışdı. Hücumun nəticələri barədə hələlik məlumat daxil olmayıb.
İsrail ordusu, öz növbəsində, İsrail Hərbi Hava Qüvvələrinə məxsus helikopter və təyyarənin mərmi atəşinə və İD postu istiqamətində pilotsuz təyyarənin buraxılmasına cavab olaraq Livanın cənubundakı "Hizbullah"ın atış məntəqələrinə hücum etdiyini bildirib.


Baxış sayı: 66


Bölməyə aid digər xəbərlər