22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Venesuela və Qayana ərazi mübahisəsinin sülh yolu ilə həllini seçiblər
Tarix: 15-12-2023 11:18 | Bölmə: Dünya

Venesuela və Qayana ərazi mübahisəsini həll etmək üçün hərbi gücdən istifadə etməmək barədə razılığa gəliblər.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,Essequibo bölgəsinin mülkiyyəti məsələsində iki ölkə 1966-cı il Cenevrə razılaşmasını rəhbər tutur.
Nümayəndə heyətləri tərəfindən imzalanan sazişdə deyilir: “Qayana və Venesuela birbaşa və ya dolayısı ilə heç bir halda bir-birini təhdid etməyəcək və güc tətbiq etməyəcək”.
Venesuela və Qayana prezidentləri Nikolas Maduro və İrfaan Əli cümə axşamı ilk görüşlərini keçiriblər, RİA Novosti yazır. Onların növbəti üç ay ərzində Braziliyada keçiriləcək müzakirələrin ikinci raundunda iştirak edəcəyi gözlənilir.
Hələlik mübahisəli ərazi məsələsi Venesuela və Qayana xarici işlər nazirləri və texniki mütəxəssislərdən ibarət komissiyanın yurisdiksiyasında olacaq.



Baxış sayı: 115


Bölməyə aid digər xəbərlər