Bütün xəbərlər
Vaşinqtonda Fələstin tərəfdarlarının aksiyası keçirilib- 90-dan çox insan yaralanıb
Tarix: 17-11-2023 10:17 | Bölmə: Dünya

Vaşinqtonda, Kapitolinin yaxınlığında Qəzza zolağında atəşkəsə dəstək üçün gecə aksiyası keçirilib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, polisin məlumatına görə, 200-ə yaxın adam iştirak edib.
Aksiyanın təşkilatçıları IfNotNow hərəkatının sosial şəbəkələrdə verdiyi məlumata görə, etirazçılar Demokrat Partiyasının rəhbər orqanının ofisinin girişlərindən birini bağlayıblar. Hadisəyə polis müdaxilə edib. Hərəkat iddia edir ki, asayiş keşikçiləri etirazçıları pilləkənlərdən aşağı ataraq döyüblər. Nəticədə 90-dan çox insan xəsarət alıb.
Öz növbəsində Kapitol polisi aksiyanın qanunsuz olduğunu bildirib və nümayişçilərlə toqquşma zamanı 6 hüquq-mühafizə əməkdaşının müxtəlif dərəcəli bədən xəsarətləri aldığını bildirib. Zabitə hücum edən 1 nəfər saxlanılıb.
Nümayəndələr Palatasının spikeri Mayk Conson etirazçıların hərəkətlərini pisləyib və Konqresi qorxutmayacağına işarə edib. O əlavə edib ki, amerikalılar İsraili dəstəkləmək üçün birləşməlidir, RİA Novosti yazır.
Qəzza zolağında hərbi əməliyyatlara qarşı etirazçılar mütəmadi olaraq Vaşinqtonda toplaşırlar. Onlarda əsasən müsəlman birliklərinin nümayəndələri olmaqla minlərlə insan iştirak edir. Etiraz aksiyaları əsasən dinc xarakter daşıyır.
Bundan əvvəl Nümayəndələr Palatası spiker Consonun təqdim etdiyi iki fazalı hökumətin dayandırılması haqqında qanun layihəsini təsdiqləyib. Layihədə İsrail və Ukraynaya yardım üçün vəsaitin ayrılması nəzərdə tutulmayıb.


Baxış sayı: 91


Bölməyə aid digər xəbərlər