Bütün xəbərlər
BMT-nin Uşaq Fondunun direktoru Misirdə qəzaya düşüb
Tarix: 16-11-2023 03:23 | Bölmə: Dünya

BMT-nin Uşaq Fondunun icraçı direktoru qəza nəticəsində aldığı zədə səbəbindən İsrailə səfərini təxirə salmaq məcburiyyətində qalıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) icraçı direktoru Ketrin Rasselin yaralandığı qəza çərşənbə axşamı, noyabrın 14-də Misirdə baş verib.
Ketrin Rasselin idarə etdiyi avtomobil Rəfah nəzarət-buraxılış məntəqəsinə gedərkən yolda tıxacdan yayınaraq, xəndəyə sürüşərək aşıb. BMT əməkdaşı ciddi qançırlar alıb, lakin onun həyatı üçün təhlükə yoxdur.
Hadisə ilə əlaqədar Ketrin İsrailə planlaşdırdığı səfərini təxirə salmaq məcburiyyətində qalıb. Hadisədən bir müddət əvvəl o, Qəzza zolağında atəşə tutulan uşaqlar və ailələrlə görüşüb.


Baxış sayı: 167


Bölməyə aid digər xəbərlər