Bütün xəbərlər
Vaşinqton Putini APEC sammitinə dəvət etməmək qərarına gəlib
Tarix: 26-09-2023 11:24 | Bölmə: Dünya

Ağ Ev bir sıra liderləri, o cümlədən Rusiya prezidenti Vladimir Putini APEC-in San-Fransiskoda keçiriləcək sammitinə dəvət etmək niyyətində deyil.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Marat Berdyev RİA Novosti-yə deyib: “Birləşmiş Ştatlar ikitərəfli kanallar vasitəsilə bizə bu il bir sıra liderləri dəvət etməyəcəklərini bildirdilər, çünki onlara qarşı sanksiyalar tətbiq olunur”.
Onun sözlərinə görə, Vaşinqtonun Putini APEC sammitinə dəvət etməmək qərarı “Amerika tərəfinin pis niyyətini” və “sırf iqtisadi forumun siyasiləşdirilməsini” nümayiş etdirir.
Qərb mediası daha əvvəl ABŞ hakimiyyətinin Rusiya liderini sammitdə görmək istəmədiyini yazmışdı. Daha sonra Kreml dəvət gözləmədiklərini bildirib. Noyabrda San-Fransiskoda Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Sammiti keçiriləcək.


Baxış sayı: 141


Bölməyə aid digər xəbərlər