Bütün xəbərlər
ABŞ-ın keçmiş energetika naziri vəfat edib
Tarix: 02-09-2023 22:33 | Bölmə: Dünya


ABŞ-ın keçmiş diplomatı Bill Riçardson 75 yaşında vəfat edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, siyasətçi Bill Klinton administrasiyasında energetika naziri, Nyu-Meksiko ştatının qubernatoru və ABŞ-ın BMT-dəki daimi nümayəndəsi olub.
Riçardson Rusiya ilə məhbus məsələsində məşğul olub. Onun Polşa ilə sərhədi qanunsuz keçərək Rusiya Federasiyasında həbs edilən amerikalı Teylor Dadlinin vətəninə qayıtmasına töhfə verdiyi bildirilib.
Avqust ayında onun Nobel Sülh Mükafatına namizədliyi məsələsi müzakirə olunub.


Baxış sayı: 100


Bölməyə aid digər xəbərlər