12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Niger Fransa səfirini ölkədən çıxarır, səfir cavab vermir
Tarix: 25-08-2023 23:41 | Bölmə: Dünya


Niger Xarici İşlər Nazirliyi Fransa səfiri Sylvain Itte-dən 48 saat ərzində ölkəni tərk etməsini xahiş edir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Niger Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, diplomat Fransa hakimiyyətinin Nigerin maraqlarına zidd hərəkətləri səbəbindən razılaşmadan məhrum edilib.
"Al Hadath" telekanalının məlumatına görə, səfir çevriliş liderlərinin nəzarətində olan nazirliyə edilən zəngə cavab verməyib.
Bundan əvvəl Nigerin paytaxtında Vətənin Qurtuluşu Milli Şurasının lideri, general Əbdürrəhman Çianiyə dəstək məqsədilə kütləvi aksiyanın keçirilməsi barədə məlumat yayılmışdı. Onun iştirakçıları Fransa və Qərbi Afrika Dövlətləri İqtisadi Birliyinin (ECOWAS) bir sıra ölkələrinin təzyiqləri qarşısında Niger ordusunun qəti mövqeyini alqışladılar.



Baxış sayı: 135


Bölməyə aid digər xəbərlər